Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Rejissor

 

Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyətinə görkəmli rejissor, xüsusilə musiqili teatr rejissoru kimi daxil olmuşdur.

Ş.Bədəlbəyli öz yaradıcılığında dram, operetta, opera kimi müxtəlif janrlara müraciət etmişdir. O, dram əsərlərini səhnələşdirərkən, ilk növbədə, onun məğzini, obrazların psixologiyasını açır, daha sonra isə tamaşanın kompozisiyasını qurmağa çalışırdı; opera partituralarına müraciət etdikdə, əsərin musiqi materialının səhnə obrazlarının bədii siqləti ilə həmahəngliyinə, ifaçılardan ansambl təşkil etməyə nail olurdu; eyni dərəcədə mürəkkəb olan operetta janrında isə bütün sadalanan cəhətlərlə yanaşı, səhnədə yumor, qrotesk və səmimi lirikanın qovuşdurulması xüsusilə əhəmiyyətli idi.

Üzeyir Hacıbəylinin vaxtilə uzaqgörənliklə söylədiyi fikir müasir dövrümüzdə böyük məna kəsb edərək, bugünümüzlə səsləşir. O, demişdir ki, "Biz elə bir dövrdə yaşayırıq ki, tələbkar tamaşaçının zövqünü yersiz gülüşlə, sözlərlə və replikalarla təmin etmək mümkün deyil. Bizə vəziyyətin komikliyini dərk etmək zəruridir".

Üzeyir bəy bunu tövsiyə edirdi, Şəmsi Bədəlbəyli də məhz buna nail olmağa çalışırdı. Səhnədə ağıllı və xeyirxah gülüş hökm sürməlidir, qəhrəmanlar tamaşaçı zalına mühüm həyati problemləri, bununla yanaşı, əsərin ideyasını çatdırmalıdır. Şəmsi Bədəlbəylinin yaradıcılıq devizi belə idi.

Ş.Bədəlbəyli Ü.Hacıbəylinin ənənələrini davam etdirərək, Musiqili Komediya Teatrının bədii rəhbəri və rejissoru kimi öz yaradıcılığı ilə müasir dövrdə milli operetta janrının inkişafına təkan vermişdir.

Əlbəttə ki, musiqili komediyanı səhnəyə qoyarkən, rejissor səciyyəvi diapazonla yanaşı, zəngin fantaziyaya, yumor hissinə də malik olmalıdır və yalnız bu zaman müasir səslənən, gülüşlə dolu musiqili tamaşa yaratmaq olar.

Ş.Bədəlbəyli mənfi tiplərin qroteskli xarakteristikasına nail olaraq, surətlərin qarşıdurması sayəsində əsərin ideyasını açmağa, bununla da həqiqəti, xeyirxahlığı üzə çıxarmağa çalışırdı. Tamaşada məzmundan doğan gülüş inandırıcı olurdu.

Şarj üsulundan istifadəni Ş.Bədəlbəyli çox sevir, xüsusilə müasir məzmunlu komediyalarda buna geniş yer verirdi. Aktyorların mənalı oyunu, komik və satirik başlanğıcın mütənasibliyi, rejissor fikrinin müasir səhnə sənətinin mürəkkəb tələbləri səviyyəsində həyata keçirilməsinə imkan verir.

Ş.Bədəlbəyli aktyorlara həyatda olduğu kimi, səhnədə də yaşamağı, hərəkət etməyi, sevməyi tövsiyə edirdi. Onun quruluş verdiyi tamaşaların əsas maraqlı cəhəti də bundan ibarət idi ki, burada emosiyalar çox sürətlə bir-birini əvəz edərək, tamaşaçını gülməyə, həyəcanlanmağa, düşünməyə, sevinməyə, təəccüblənməyə vadar edirdi.

 

ŞƏMSİ BƏDƏLBƏYLİNİN REJİSSORLUĞU İLƏ HAZIRLANMIŞ TAMAŞALAR

Azərbaycan Milli Akademik Dram Teatrı

  Əsərin adı Yaradıcı heyət İlk tamaşa
1. C.Cabbarlı "1905-ci ildə"

Rejissor İ.Hidayətzadə, rejissor assistenti Ş.Bədəlbəyli

3 noyabr 1937-ci il

2.

M.F.Axundov "Müsyo Jordan və dərviş Məstəli şah-caduküni-məşhur" 

Rejissorlar M.Zeynalov və Ş.Bədəlbəyli; rəssam İ.Axundov; bəstəkar Ə.Bədəlbəyli. 15 oktyabr  1938-ci il
3.

F.Şiller "Məkr və məhəbbət"  

Rejissor F.Saryan, rejissor assistenti Ş.Bədəlbəyli; rəssam S.Yefimenko.

27 may  1938-ci il
4.

C.Cabbarlı "Od gəlini"

Rejissor İ.Hidayətzadə,  rejissor assistenti  Ş.Bədəlbəyli; rəssam F.Qusak, bəstəkar S.Rüstəmov.

29  sentyabr  1939-cu il
5. C.Məmmədquluzadə  "Ölülər"

Rejissor Ş.Bədəlbəyli, rəssam İ.Axundov

23 oktyabr 1939-cu il
6. S.Rəhman "Xoşbəxtlər"

Rejissorlar Ə.İsgəndərov və Ş.Bədəlbəyli; rəssamlar N.Fətullayev və Ə.Abbasov; bəstəkar Ş.Fətullayev.

19 yanvar 1941-ci il
7. V.Şekspir - "Kral Lir" Birinci rejissor A.Qripiç, rejissor Ş.Bədəlbəyli, rəssam S.Yefimenko. 16 iyun 1941-ci il
8. M.Y.Lermontov "İki qardaş"

Rejissor Ş.Bədəlbəyli, rəssam A.Abbasov

8 iyul  1941-ci il.
9. S.Rəhman "Aşnalar"

Rejissor Ş.Bədəlbəyli, rəssam A.Abbasov

17 noyabr 1945-ci il.

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

  Əsərin adı Yaradıcı heyət haqqında məlumat İlk tamaşa
1.

K.Qoldeni
-"İki ağanın bir nökəri"

(tərcümə M.Mərdanovun)    

Rejissor Ş.Bədəlbəyli;
rəssam S.Hacıyev.
musiqi tərtibatı Ş.Fətullayev

13 dekabr 1942-ci il.

2.

M.F.Axundov

-"Dərviş Məstəlişah"

Rejissor Ş.Bədəlbəyli;
rəssam H.Mustafayev.
musiqi tərtibatı Ş.Fətullayev

11 may 1942-ci il.
3.

Z.Hacıbəyov
- "Əlli yaşında cavan"

(libretto  bəstəkarın)

Rejissor Ş.Bədəlbəyli;
dirijor Ş.Fətullayev;

rəssam N.Fətullayev.
20 sentyabr 1943-cü il.
4.

F.Əmirov
- "Ürək çalanlar"

(libretto M.S.Ordubadi)

Rəssam Ş.Bədəlbəyli;
dirijor Ş.Fətullayev;

rəssam N.Fətullayev.
18 mart 1943-cü    il. 
5.

V.Dolidze    
- "Keto və Kote"

(libretto     A.Saqarellinin,
tərcümə T.Əyyubovun)

Rəssam Ş.Bədəlbəyli;
dirijor A.V.Loxoviskiy;

rəssam   N.Fətullayev.   Tamaşa   SSRİ Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə II dərəcəli Diplomla təltif edilmişdi.
1 fevral 1945-ci il.
6.

F.Əmirov
- "Gözün aydın"

(libretto M.Əlizadənin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor K.Abbasov;

rəssam A.Abbasov.
17 iyul 1946-cı il.
7.

S.Rüstəmov
- "Durna"

(libretto S.Rüstəmin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor S.Ələsgərov;

rəssam A.Abbasov.
28 aprel 1947-ci il.
8.

V.Tiqranyan
- "Böyük toy" 

(tərcümə  Ş.Bədəlbəylinin) 

Rejissor Ş.Bədəlbəyli;
dirijor S.Ələsgərov;

rəssam A.Abbasov.
28   may   1948-ci  il.  
9.

İ.Kalman
- "Bayadera"

(tərcümə Ş.Bədəlbəylinin və S.Rəhmanın)

Rejissor Ş.Bədəlbəyli;
dirijor S.Ələsgərov;

rəssam A.Abbasov.
25 sentyabr  1948-ci  il.
10.

A.Ayvazyan
- "Xoşbəxt gün"

(tərcümə Ş.Bədəlbəylinin, İ.Şərifovun)

Rejissor Ş.Bədəlbəyli;

4 noyabr 1947-ci il.
11.

Ü.Hacıbəyov
- "O olmasın, bu olsun"

(libretto bəstəkarın) 

Rejissor Ş.Bədəlbəyli;
dirijor K.Abbasov;

rəssam A.Abbasov.
12 noyabr  1947-ci il.
12.

S.Ələsgərov
"Ulduz"

(libretto S.Rəhmanın) 

Rejissor Ş.Bədəlbəyli;
dirijor X.Cəfərov;

rəssam A.Abbasov.
31 dekabr 1948-ci il.
13.

Ü.Hacıbəyov
- "Arşın mal alan"
(libretto bəstəkarın)

Rejissor Ş.Bədəlbəyli;
dirijor   Ç.Hacıbəyov;   

rəssam Ə.Almaszadə.
18 avqust 1956-ci   il.  
14.

V.Adıgözəlov və       R.Mustafayev 
- "Hacı Qara"    

(libretto Ş.BədəIbəylinin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor Ç.Hacıbəyov;

rəssam H.Mustafayev.
11 iyul 1958-ci il.
15.

S.Rüstəmov
- "Rəisin arvadı"

(libretto M.Əlizadənin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor   Ç.Hacıbəyov;  

rəssam H.Mustafayev.
24  yanvar    1961-ci   il.  
16.

T.Hacıyev
- "Bizə bircə xal lazımdır"

(libretto B.Səfəroğlunun, Q.Cəmşidinin, N.Şərifovun)

Rejissor Ş.Bədəlbəyli;
dirijor K.Abbasov;

rəssam B.Mirzəzadə
19 sentyabr 1967-ci il.
17.

A.Məlikov
- "Ləpələr"
(libretto Ə.Kürçaylının)

Rejissor Ş.Bədəlbəyli;
dirijor K.Abbasov;
rəssam A.Cəfərov.

Operetta 1968-ci ildə teatr tamaşalarına Beynəlxalq baxışda I dərəcəli Diplomla təltif edilmişdi.
28 dekabr 1967-ci il.
18.

S.Ələsgərov
- "Sevindik qız axtarır"

(libretto Ş.Qurbanovun)

Rejissor Ş.Bədəlbəyli;
dirijor S.Ələsgərov;

rəssam A.Quliyev
7 mart  1970-ci il.
19.

V.Adıgözəlov
- "Nənəmin şahlıq quşu"

(libretto A.Kürçaylının)

Rejissor Ş.Bədəlbəyli;
dirijor S.Ələsgərov;

rəssam A.Cəfərov.
27 mart 1971-ci il.
20.

S.Ələsgərov
-"Həmişəxanım"      

(libretto S.Qədirzadənin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor K.Abbasov;

rəssam Y.Toropov.
30 sentyabr 1971-ci il.
21.

E.Sabitoğlu 
-"Hicran"

(libretto S.Rəhmanın və  V.Ağayevin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor T.Qəniyev;

rəssam A.Cəfərov.
31  rnart  1973-cü il.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrı

  Əsərin adı Yaradıcı heyət İlk tamaşa
1.

Ü.Hacıbəyov
- "Koroğlu"
(libretto     H.İsmaylovun,

sözləri M.S.Ordubadinin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor A.Həsənov;

rəssam F.Qusak.

11 may 1952-ci il.

2.

Z.Paliaşvili
- "Daisi"

(libretto V.Quniyanın)

Rejissor Ş.Bədəlbəyli;
dirijor V.İ.Traximoviç;

rəssam Ə.Fətəliyev.
21 mart 1956-cı il.
3.

Ü.Hacıbəyov
- "Əsli və Kərəm" 

Rejissor Ş.Bədəlbəyli;
dirijor Ə.Bədəlbəyli,

rəssam Ə.Fətəliyev.
4 mart 1955-ci il.
4.

S.Ələsgərov
-"Bahadır və Sona"
(libretto  Ə.Bədəlbəyli,

Ş.Qurbanov)

Rejissor Ş.Bədəlbəyli;
dirijor Ə.Bədəlbəyli;

rəssam Ə.Fətəliyev.
22 noyabr 1961-ci il.
5.

İ.Dzerjinskiy
-"İnsanın taleyi"

(libretto bəstəkarın) 

Rejissor Ş.Bədəlbəyli;
dirijor Q.Risman;

rəssam Ə.Fətəliyev.
29 mart 1952-ci il.
6.

V.Adıgözəlov
- "Ölülər"

(libretto C.İlaloğlunun, A.Aslanovun, F.Mehdiyevin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor Niyazi;
rəssam Ə.Fətəliyev.

19 aprel 1963-cü il.
7.

A.P.Borodin
- "Knyaz İqor"

(libretto bəstəkarın)

Rejissor Ş.Bədəlbəyli;
dirijor A.Həsənov;

rəssam Ə.Fətəliyev.
22 aprel 1964-cü il.
8.

C.Rossini
- "Seviliya bərbəri"
(libretto Ç.Sterbininin)    

Rejissor Ş.Bədəlbəyli;
dirijor    Ə.Bədəlbəyli;    

rəssam Ə.Almaszadə.
2 noyabr     1964-cü     il.
9.

Ə.Bədəlbəyli
- "Söyüdlər ağlamaz"

(H.Cavidin, R.Zəkanın,  A.Ziyatayın sözlərinə   yazılmış librettosu   bəstəkarın)     

Rejissor Ş.Bədəlbəyli;
dirijor R.Abdullayev;

rəssam Ə.Almaszadə.
14 mart  1971-ci il.

 

İranda 1941-1942-ci illərdə səhnələşdirilmiş tamaşalar

  Əsərin adı Yaradıcı heyət İlk tamaşa
1.

Ü.Hacıbəyov.

-"Arşın mal alan"

 

 
2.

Z.Hacıbəyov.

-"Evliykən subay"
   
3.

Z.Hacıbəyov.
- "Əlli yaşında cavan"

   

 

Mahtumqulu adına Türkmənistan Dövlət Opera və Balet Teatrı

  Əsərin adı Yaradıcı heyət İlk tamaşa
1.

Ü.Hacıbəyov.
-"Koroğlu"

(libretto H.İsmayılovun, sözləri M.S.Ordubadinin)

Rejissor Ş.Bədəlbəyli;
dirijor P.Balenko, N.Muxatov;
rəssam Y.Annanurov.

20 dekabr 1957-ci il.

 

 
 
© Musigi Dunyasi