Şəmsi Bədəlbəyli müəyyən yaradıcı mövqeli insan idi. Qeyd etmək lazımdır ki, o, hər zaman incəsənət aləmində, mədəniyyət xadimlərinin əhatəsində yaşayırdı. Onlar arasında münasibətbr müxtəlif olurdu və bu da təbiidir, axı, fərqli mövqeli insanlar görüşəndə və işləyəndə fıkir ziddiyyətləri qaçılmazdır.
Şəmsi Bədəlbəyli özünəməxsus yaradıcı iş prosesinə malik idi. Lakin təəssüflər olsun ki, Üzeyir Hacıbəyovun təkrarolunmaz "Arşın mal alan"ı ilə yaradılan operetta teatrı, son vaxtlar, Şəmsi Bədəibəylinin aramızdan getməsindən sonra musiqili komediya səviyyəsinə qədər sadələşmişdir. Şəmsi Bədəlbəylinin səhnələşdirdiyi tamaşaları, çox təəssüf, artıq indi görmək mümkün deyil.
...Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Şəmsi Bədəlbəyli öz xüsusi iş metodu və üslubu ilə seçilərdi. Səhnə təcəssümünü o, sanki uzaqlardan başlayır, lakin iş prosesi zamanı onun fantaziyası daha da fəallaşıb öz yaradıcılıq imkanlarını tam sərf edərək kulminasiya həddinə çatırdı. Rejissor niyyətinin ideyalarını rəssamlar, ifaçılar davam etdirirdi. Ən əsası odur ki, premyera gününədək onun bütün tamaşaları öz tamamlanmış, bədii formasını alardı.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004