Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Xalq yazıçısı Çingiz Abdullayev

...Şəmsi Bədəlbəyli Azərbaycanın bəlkə ən məşhur ailəsinin nümayəndəsidir. Və söhbət ondan getmir ki, o, əqidə və ləyaqətinə görə əsl zadəgan olmuşdu. Məhz onun ailəsi Azərbaycana nəinki görkəmli rejissor, həm də Şərqdə ilk baletin müəllifı Əfrasiyab Bədəlbəylini və ölkəmizin ən məşhur musiqiçilərindən biri olan, on beş ilə yaxın konservatoriyaya başçılıq edən - oğlu Fərhad Bədəlbəylini bəxş etmişdi.

Lakin bu tanmmış nəslin digər nümayəndələrini unutmağım heç də düzgün olmazdı. Hətta onun incəsənət sahəsində özünə böyük nailiyyətlər qazana bilməyən kiçik qardaşı Davud gözəl rəssam idi. Onun əsərləri, indiyədək hamını valeh edir. Davud Bədəlbəylinin həyatı olduqca çətin idi.

Onun xan nəsli Əmircanovlar nümayəndəsi olan həyat yoldaşını iki uşaqla Sibirə sürgün etmişdilər. Ancaq Davudun özünə vəhşi çekistlər guya onun Sovet hökumətı qarşısında günahı olmadığından qalmağı təklif etmişlər. Şəmsinin kiçik qardaşı əsl kişi kimi addım atdı. O, ailəsi ilə bərabər Sibirə getməyi üstün tutdu, çünki bunu özü üçün normal və düzgün hesab edirdi.

...Bir dəfə, yeni tamaşa qoyan və heç kəsin məsləhətlərini eşitməyən kobud rejissordan söz düşmüşdü. Şəmsi müəllim onun hansı bədii metoda əsasən işləməsi ilə maraqlanır. Lovğa rejissor bəyan etdi ki, Stanislavskinin metodu artıq çoxdan köhnəlib."Biz yeni, novator ənənələri ilə işləyirik", -deyə incəsənət diletantı əlavə etdi.

"Yəni siz "Valtornun metodu" üzrə işləyirsiniz. Bu dəqiqə incəsənətdə bu ən populyar metoddur" - deyə Şəmsi müəllim təbəssümünü gizlədərək dərin məna ilə qeyd etdi. "Əlbəttə, biz məhz bu metod üzrə işləyirik. Siz mənim yaradıcılıq ideyamı tapdınız. Mən hər zaman bilirdim ki, Siz bu savadsızlar arasında ən dərin düşüncəli insansınız" - deyə rejissor sevindi.

Sonralar Şəmsi Bədəlbəyli bu biabırçı qabiliyyətsizliyin aqressiv kobudluqla uyuşma əhvalatını tez-tez nümunə kimi göstərirdi. Bu cür insanlarla görüşəndə mən hər zaman "Valtornun metodunu" yada salırdım. Savadsız rejissor haradan biləydi ki, bu adicə musiqi alətinin adıdır və belə metod anadangəlmə mövcud deyil.

...Otuz ildən artıq vaxt keçməsinə baxmayaraq, mən hər zaman onun sözlərini, onun səmimi təbəssümünü, onun oğlunun nailiyyətləri ilə fəxr etməyini xatırlayıram. Sonradan Fərhadın dönüşü, hava limanında həyəcanlı qarşılanması oldu. Hamı gənc pianoçunun uğurlarından qürur hissi duyurdu.

Bir dəfə Fərhad özü dedi ki, onun əlinə elə bir ailədə doğulmaq kimi gözəl şans düşmüşdür ki, orada ata və ana uşaqlıqdan onun yaradıcılıq axtarışlarına tərəfdar olmuş və onu istiqamətləndirmişlər.

Kim elə yaşayır ki, onun müqəddəs xatirəsi sevdiyi insanların qəlbində əbədiyyən saxlanılır, fikrimcə o, ölümündən sonra da movcudluğunu yaşatmaq üçün öz işini görmüşdür. Ebersin bu sözlərini tamamilə Şəmsi Bədəlbəylinin də həyatına aid etmək olar.

Burada mistik məna var, çünki bu gün onun oğlu Fərhad atasının adını daşıyan küçədəki konservatoriyaya gedir. Və burada hansısa qanunauyğunluq var, çünki hər zaman uşaqların bütün nailiyyətləri valideynlərin hərəkətləri ilə bağlıdır. Elə bu, öz şəxsi qanunları ilə inkişafını davam etdirən əbədi ömür ağacıdır.

 

N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004

 

 

 
 
© Musigi Dunyasi