Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Ciddi şarj

Süleyman Rüstəm

 

Bağçada bağban görürəm Şəmsini,

Yaxşı bir insan görürəm Şəmsini.

Fərhadı ötmək diləyir, eşqə bax,

Güclü pəhləvan görürəm Şəmsini.

Baməzə sözlərlə kalandır, kalan,

Məclislərə can görürəm Şəmsini.

Yanılmıram, yerində qaş-qabaqlı,

Yerində xəndan görürəm Şəmsini.

Az olmayıbdır yuxusuz çağları,

Sənətə qurban görürəm Şəmsini.

Səhnədə mənasız əsər gördümü,

Xeyli pərişan görürəm Şəmsini.

Xor baxanın – incə, böyük sənətə

Başında tufan görürəm Şəmsini.

Nə yaxşı ki, indi də yetmişində

Gümrah, firavan görürəm Şəmsini.

Nə fərqi var, evində, ya işində

Əziz, mehriban görürəm Şəmsini.

Musiqili komediya dedikmi,

Mən orda loğman görürəm Şəmsini.

Kənardakı işlərini bilmirəm,

Evində Sənan görürəm Şəmsini.

Bir qara tük olmasa da başında

Şux, cavan oğlan görürəm Şəmsini.

Görməsə də mənim kimi dostunu,

Bu mən Süleyman görürəm Şəmsini!

 

Fevral, 1981


 

 

 
 
© Musigi Dunyasi