Şəmsi Bədəlbəyli musiqili-teatr səhnəsinin zirvəsi və həqiqi yüksəlişidir. Bu şəxsiyyət özündə zəngin yaradıcılıq laboratoriyası gizlədirdi.
Öz istedadı və əzəmətli təcrübəsi ilə o, sübut etdi ki, Azərbaycanın musiqili səhnə mədəniyyəti layiqli keçmişə və işıqlı gələcəyə malikdir. O, incə poeziya zövqü, iti musiqi və söz duyğusu ilə fərqlənirdi.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004