Şəmsi Bədəlbəyli yüksək mədəniyyətə malik şəxsiyyət, professionallığı nöqteyi-nəzərdən isə təkrarolunmaz rejissor idi.
Şəmsi Bədəibəyli aktyorlara səhnədə hər hansı fraqmenti göstərdikdən sonra, əsərin ümumi proyekti bizlər üçün bütün incəliklərlə aydın olurdu. O, bəzən, istədiyinə nail ola bilməyəndə hirslənirdi, aktyorlarla kəskin danışırdı və nəticədə hətta məşqi də dayandırırdı. Lakin Şəmsi müəllimdən heç kim incimirdi, onun sözləri hamımızı düşünməyə vadar edirdi.
Ümumiyyətlə, Şəmsi Bədəlbəylini digər rejissorlardan fərqləndirən cəhət onun həddən artıq ədəbliyi idi. O, heç zaman aktyoru onun partnyorlarının yanında tənqid etməzdi. Ya səhnədə həmin ifa olunan hissəni özü göstərərək ifaçının diqqətini cəlb edirdi, ya astaca yaxınlaşıb sözünü aktyorun qulağına deyirdi, yaxud arxasınca qrim otağına gəlib fıkrini orada söyləyərdi.
İnsani keyfıyyətlərinə gəldikdə isə, Şəmsi Bədəlbəyli əsl psixoloq idi. İnsanların qəlbini oxuyan, hissləri dərindən duymağı bacaran pedaqoq idi. Biz aktyorlara boyük hörmət və məhəbbət hissiylə yanaşan Şəmsi Bədəlbəyli bütün varlığı ilə teatrın günbəgün çiçəklənməsinə çalışırdı. Onun əziz xatirəsi bizim daim qəlbimizdə yaşayacaqdır.
N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004