Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Sənətşünaslıq doktoru, professor İlham Rəhimli

Şəmsi Bədəlbəyli milli teatrın tarixində şərəfli yer tutur. Bu sənətkar, Azərbaycan dövlət teatrının açılışının fədakar iştirakçılarından biri olmuşdur.

O cümlədən, Şəmsi Bədəlbəyli musiqili komediya teatrına cəlb etdiyi bəstəkarların yaradıcılıq fəaliyyətinin inkişafında mühüm rol oynamışdır.

Qüdrətli rejissor, ilk dəfə olaraq, operettada koməkçi komponent kimi xor və baletdən istifadə etmişdi. Şəmsi Bədəlbəyli Qərbi Avropa operettalarının məhz Azərbaycan dilində səhnələşdirilməsinin təşəbbüsçüsü olmuşdu.

...Bir dəfə Şəmsi Bədəlbəyli işə bizim öyrəşmədiyimiz əhval-ruhiyyədə gəldi. O, əsəbiləşir, küncdən-küncə gedir və nə isə gizlədirdi. "Nə olub?" -soruşduqda o, narahatçılıq və həyəcan hissi ilə söylədi: "Bu gün mənim Fərhadım hökumət konsertində ifa edəcək. Mən çox həyəcanlanıram". Mən o dəqiqə sakitləşdim, çünki elə bir ciddi hadisə baş verməmişdi, lakin digər tərəfdən düşündüm ki: "Bu, övlada qarşı məhəbbət hissidir və bu hissləri sözlə çatdırmaq olmaz..."

...Bizim Şəmsi Bədəlbəyli ilə söhbətlərimizdə mütləq Fərhadın adı çəkilirdi. Oğlu haqqında damşarkən o, hər şeyi unudurdu - bu, onun ən sevimli və həyəcanlandırıcı mövzusu idi. Ən əsası isə o, öz hisslərini heç zaman gizlətmir, oğlundan aldığı sevinc və diqqəti hər kəslə bölüşürdü. Onun ciddi, bəzən isə, sərt baxışı oğlundan, onun nailiyyətilərindən söz düşən kimi yox olurdu.

 

N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004

 

 

 
 
© Musigi Dunyasi