Xronologiya
Genealogiya
Sonoteka
Ədəbiyyat
Şəmsi haqqında söz
Rejissor
Aktyor
İctimai xadim
Foto sənədlər
Afişalar və proqramlar
Epistolyar irsi
Əlyazmalar
Xatirələr
Canlı səslər
 
 

Şəmsi haqqında söz

 

   Azərbaycanın xalq artistləri
   Fidan və Xuraman Qasımovalar

Bədəlbəyli ailəsi ilə bizi əsrlərin sıx dostluğu bağlayır. Məhz belə uzun dostluq, hərdən öz nəsildən-nəslə keçən ənənələrini doğurur. Bizim ailələrdə bu ənənələri ləyaqətli ulu babalarımız yaratmışlar.

Görkəmli maarifçi, pedaqoq Əlibəy Qasımov və Bədəlbəy Bədəlbəyli arasında dostluq hələ təhsil illərində yaranmışdı. Onlar Qori Seminariyasında oxuyurdu və həmfikir (məsləkdaş) idilər, xüsusən də ümumtəhsil və mədəniyyətin inkişafı işlərində.

Sonralar dostluq və mənəvi yaxınlıq bağlılığı bizim valideynlərimizə keçdi. Biz musiqinin sərbəst səsləndiyi, şeirlərin maraqla oxunduğu, yeni sənət əsərlərinin qızğın müzakirə olunduğu xoş gecələrin şahidi olmuşduq.

Şəmsi Bədəlbəyli parlaq və qeyri-adi şəxsiyyət idi. Onu gözəllik, özünəməxsus məlahətlilik, həzin və qəşəng danışıq, hazırcavablıq və hətta bir çəngə ağ saç yığımı fərqləndirirdi. O, hər zaman maraqlı təəssüratlarını bölüşürdü.

Bu, incəsənət vurğunu olan insan idi və buna görə də bütün ömrünü və yaradıcılığını teatra, dəqiq desək, çiçəklənmə dövrü Şəmsi Bədəlbəylinin müdrik rəhbərliyi altında keçən Musiqili Komediya Teatrına həsr etmişdi.

Şəmsi Bədəloviçin Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi mərhələdə biz ilk yaradıcı addımlarımızı atırdıq. Bizim hər uğurumuz, qələbəmiz onun nəzərindən qaçmırdı. Səmimi arzularla dolu teleqramlar, təbrik məktubları bizdə inam, işləmək arzusu və gələcəyə cəsarətli baxış yaradırdı.

Bu geniş qəlbli insan gözəlliyi, incəsənəti, başlıcası isə kömək, arxa lazım olan istedadı qiymətləndirirdi, o, öz yaradıcı həyatı boyu ancaq bununla məşğul olmuşdu.

 

N.Rəhimbəyli. “İncəsənətdə keçən ömür” kitabından. Bakı, 2004

 

 

 
 
© Musigi Dunyasi